20 Ekim 2009 Salı
Qulamrza Əmaninin həyat yoldaşı Günəş xanımın beyanatı
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, mərhum GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, mərhum Qulamrza Əmaninin həyat yoldaşı Günəş xanım, 3 gənc Əmani qardaşlarının şəhid düşdükləri günün il dönümü münasibəti ilə Milli Çağırışda bulunub. Əmani qardaşları millətimizin uğrunda apardıqları milli mübarizə səbəbi ilə şəhid olublar. sitəmiz Günəş xanımın MİLLİ ÇAĞIRIŞını diqqətinizə təqdim edir.
Bu mənəm - ışıqlığı qara, qəhərli buludların arxasında gizlənən yaşlı Günəş. Gözləri qəmli bir dəniz, dalğalanır, çağlayır. Düzün desəm, ağlayır. Könlün ayrılığın acısından kövrəlmiş, bağrım bu dözülməz olayda qurulmuş, çiyinlərin yalqızlıqda bu qədər yükü çəkməkdən yorulmuş. Atrıq günəşin doğması sevincimi artırıb, batması kədərləndirmir məni.
Daha Arazın çağlaması, dənizin coşması ruhumu oxşamır. Daha mavi könüllərin duruluğu, al yanaqlı gəlinlərin xoşbəxtliyi, yaşıl meşələrin dalğalanması heç nəyi xatırlatmır mənə. Nə bilim bəlkə də çalışıram xatırlatmağa... Bu yalnız darıxdığım, uzun yazdığım bir yazıdır. Bilirəm bu yazının hər kəlməsinin mənasını düşünən kimsələr oxuyub, həzyan yazmağımın səbəbini bilib məni bağışlayacaqlar. Onlar məni sadəcə ürək sözlərimi deməyə danlamayacaqlar. Arxada qoyub keçirtdiyimiz il onlara da ağır il idi.
Axı onlar öz yolaşları, fikirdaşları, qeyrətli, gənc və bacarıqlı bir millətçini əldən vermişdilər. O zamankı ortaq yaşamımızı nəzərə almıram, hər birinin yerinə ağlayiram, üzülürəm və sonra da özəl yaşamımızı yadıma salıram. Mühəndis Əmani mənimdə fikrimdə bir dirəniş simgəsi kimi çanlanır.
Bizim seçdiyimiz yol o qədər müqəddəs idi ki, ailəvi yaşamımız onun kölgəsi altında gizlənmişdi. Danışıqlarımız, dolanmaqlarımız, yoldaşlarımız və bir sözlə yaşayışımız fikrimizə bağlı və ondan təsir alan idi... Və indi o gedib, harda olmağını, bizi duyub görməsini, bir də onu görməyə imkan tapmanı çox düşünüb fikir söyləməyi bura da araşdırmıram. Amma "yar" kəlməsinin mənasını öz zənnimcə deyirəm.
İki insan evləndikdə yarı bölünüb və ikisi birlikdə məna tapırlar. Hərəsi o birisinə "yar" olurlar. Indi mənim yarım toprağa qovuşub, gedib və bu gücsüz yarı çalışır bir təhər onun boş yerin doldursun. Bu bir ildə gördüyünüz qusurları bağışlayıb və bu gözlənilməz olayın ağırlığından asılı görün.
Həyat yoldaşım mühəndis Əmani və qardaşlarının birlikdə dünyalarını dəyişməklərilə ayrılığın acısını tanıdım və bu gerçəyi bildim. Belə isə yoldaşların ürəkləri istədiyi kimi davrana bilmədim. Ancaq bu mənım əlimdə deyil və bundan da sonra olacağına əmin deyiləm.
Başınız hər zaman uca olsun. Tarixin yapraqları bu hadisə ilə bağlı yaratdığı həmasənin gözəlliyi ilə bəzənəcəkdir. Tarix nankor da olsa öz oğullarının adını düzgün çəkməsə, zalim da olsa, ancaq qalacaqıdır.
Indi də sizdən bir istəyim var, özünüz izləyib bildiyiniz kimi, Cuma günü-23 oktyabr 2009-cu il tarixində (88/8/1) məhəndis Əmani və qardaşlarının ilk il dönümlərinin yas törənidir.
O gün məscid və məzarıstanda olmğınız, güvəncimizi daha artırıb, birliyimiz və yolumuzun qutsallığın bildirəcək. Təbii olaraq orda davranışlar həm hərəkətimiz və həm mühəndis Əmaninin özünə aiddir. Bu üzdən rica edirəm, o gün məzarıstanda nəzm yaratmaq üçün təşkil olunmuş qurupla iş birliyi aparmaqla mərasimin artıq təmtəraqlı keçirilməsinə dəstək olasınız.
Bu yazı ağsaqqallar, ziyalılar, yoldaşlar, öyrəncilər və bir sözdə tam bu bir ildə bizimlə ürəyi bir olanlardan təşəkkür etmək bəhanəsilə yazılırdı. Amma bir çağırış kimi qurtuluş yazı olarkən mərasimini yeri və vaxtin elan etməyə izin istəyirəm. İlk öncədən öz minnətdarlığımı bildirib, tanrıdan elimizə baş ucalığı və şən günlər arzulayiram.
Günəş Təbrizli
3 gənc Əmani qardaşlarının şəhid düşdükləri günün il dönümü münasibəti ilə Milli Çağırışda bulunub. Əmani qardaşları millətimizin uğrunda apardıqları milli mübarizə səbəbi ilə şəhid olublar. sitəmiz Günəş xanımın MİLLİ ÇAĞIRIŞını diqqətinizə təqdim edir.

Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder